Monqolustanda 5,8 bal gücündə zəlzələ baş verib.
xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Məlumata görə, zəlzələ Monqolustanın qərbində, Rusiya ilə sərhəddən təxminən 340 km aralıda qeydə alınıb.
Qeydə alınan zəlzələnin episentri Çuluut kəndindən təqribən 26 km cənub-şərqdə və Baykal rifi zonasının cənub-qərbində yerləşən Xubsuqul gölündən təxminən 336 km cənubda yerləşib.