Boliviya prezidenti Evo Morales G7 liderlərini ölkəsinə gəlməyə dəvət edib və Amazon meşələrində baş verən yanğınla mübarizədə kömək etməyə səsləyib.
TASS xəbər verir ki, Morales “Twitter” səhifəsində dünya liderlərinin Amazonyada yanğından zərər çəkmiş ölkələrə təcili yardım etmək niyyətini alqışlayıb.
“Prezident Emmanuel Makronu və həmkarlarını əməkdaşlıq vədlərini yerinə yetirmək üçün Boliviyaya gəlməyə dəvət edirik” – deyə, Morales yazıb.
O qeyd edib ki, Paris iqlim sazişi iri sənaye ölkələrini ətraf mühiti qorumağa məcbur edir.
Prezident geniş ərazini əhatə edən yanğın səbəbindən ölkədə dövlət başçısı postuna keçiriləcək seçkiöncəsi kampaniyanın təxirə salınaraq vaxtının oktyabrın 20-ə keçirildiyini də vurğulayıb.
Boliviya Müdafiə Nazirliyinin hesabatına görə, ölkədə 700 min hektar meşə sahəsi yanır.