Qeyri-sabit hava şəraiti ilə əlaqədar Moskva aeroportlarında 100-dən çox aviareys təxirə salınıb.
Müstəqil.Az Publika.az və “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, “Domodedovo” aeroportunda 21, “Şeremetyevo”da 77, “Vnukovo”da isə 5 uçuş təxirə salınıb, 3-ü isə ləğv edilib. “Şeremetyevo” hava limanında 35 uçuş ləğv edilib.
Sinoptiklər Moskvada güclü külək və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.