Rusiyada ABŞ-nin öz hərbi kontingentini İraqdan çıxarmağa başlamağa hazır olduğunu elan etdiyi barədə məlumat var.
-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Suriya üzrə Astana formatında keçirilən 21-ci beynəlxalq görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ qoşunlarının İraqdan çıxarılması prosesi illərlə uzana bilər.
Lavrentiyev qeyd edib ki, Rusiya, İran və Türkiyə ABŞ-nin qeyri-qanuni mövcudluğunun Suriyada qeyri-sabitliyin əsas səbəbi olduğu fikrində yekdildir.
“ABŞ hakimiyyəti Suriyada sabitliyi pozmaq üçün “İŞİD-İslam Dövləti” terror qruplaşmasının yaraqlılarından istifadə edir”, deyə rusiyalı diplomat vurğulayıb.
Putinin nümayəndəsi Rusiyanın Husilərin Bab əl-Məndəb boğazında mülki gəmiləri atəşə tutmasının əleyhinə olduğunu da söyləyib. Bildirib ki, Qərbin buna reaksiyası qeyri-mütənasibdir.