Moskva Qarabağa görə Paşinyanı YERİNDƏ OTURTDU: İrəvana gözlənilməz zərbə

İyunun 1-də Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom Kojinin brifinqdə Azərbaycanın “Trend” İnformasiya Agentliyinin əməkdaşının sualına verdiyi cavab Ermənistanda qalmaqala səbəb olub.

Müstəqil.az xəbər verir ki, azərbaycanlı jurnalist “Ermənistanın baş naziri bu yaxınlarda verdiyi müsahibədə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin iştirakı olmadan qeyri-mümkündür. Belə bəyanatlar nizama salma prosesini nə qədər ağırlaşdırır və tərəflərin ümumi dil tapmasına mane olur?” deyə Kojinə sual ünvanlayıb.

Cavab: “Belə bəyanatlar ATƏT çərçivəsində aparılan danışıqlara uyğun deyil və qeyri-konstruktivdir”.

Bu, faktiki olaraq, Rusiyanın Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda yaradılmış qondarma rejimin danışıqlarda iştirakına dair dediyi fikirlərə cavabıdır.

Ermənistan “lragir” saytı “Görünür, Rusiya Paşinyanın Qarabağla bağlı dediklərinə hiddətini gizlədə bilmir, yaxud gizlətmir”, – deyə yazıb.

Xüsusilə bu mövqenin Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyanın 7 iyulda Moskvaya səfəri öncəsi səsləndirilməsi diqqət çəkir.

Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyasının sədri Armen Aşotyan isə bildirib ki, son 15 ildə Rusiyanın Qarabağ probleminə belə reaksiyasını xatırlamır.

“Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağ münaqişəsinin bizim istədiyimiz kimi həllində heç bir rola malik deyil”, – deyə o bildirib.

Share: