Rusiyada yerləşən “Moskva Siti” biznes mərkəzinə növbəti dəfə dron hücumu olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri dronu vurub. Lakin 17-ci mərtəbənin fasadının zədələndiyi qeyd olunub.
Xatırladaq ki, iyulun 30-da da “Moskva Siti”yə dron hücumu olmuşdu.