Moskvada qasırğa nəticəsində 2 nəfər həlak olub, 17 nəfər yaralanıb.Rusiya paytaxtının meri Sergey Sobyaninin Twitter səhifəsində yerləşdirdiyi məlumatda Moskvada baş vermiş qasırğa nəticəsində 12 nəfərin, o cümlədən 3 uşağın yaralandığı bildirilirdi. Uşaqlardan biri, həmçinin 1 kişi də həlak olub. Saniyədə 30 metr sürətlə əsən külək yüzlərlə ağacı kökündən çıxarıb. Son məlumata görə, yaralananların sayı 17-yə çatıb.Gecə saatlarında havanın soyuyacağı, sulu qar yağacağı gözlənilir.(Oxu.Az)