Sentyabrın 17-də Moskva şəhər Müharibə Veteranları Komitəsində Tankçılar Gününə həsr olunmuş tədbir keçirilib. “İki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi” veteran təşkillatının üzvləri də tədbirdə iştirak etmişlər.
Bu tədbirdə tankın icad olunması, tankçıların hərbi məktəblərdə təhsil alması və qəhrəman tankçılar haqqında söhbət açılmışdır. Həmçinin tank qoşunlarının qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun da adı çəkilmişdir.
“İki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi” veteran təşkillatının sədri Əli Kazımov Həzi Aslanovun doğulduğu ev muzeyindən göndərilən təbrik məktubunu iştirakçılara oxumuşdur.
Məktubda qeyd edilmişdir ki, hər zaman tank döyüşçüləri şücaət, qətiyyət, möhkəmlik və cəsarət ilə fərqlənirilər: “Tank qoşunları Böyük Vətən müharibəsində Qələbəyə böyük töhfə verdilər, Moskvaya, Stalinqradın yaxınlığında, Kursk və Berlinin alınmasında düşmənlə cəsarətlə vuruşdular. 1941-1945-ci illər müharibəsi zamanı sovet tankları Stalinqrad və Belarus cəbhəsindəki ən vacib döyüşlərdə iştirak etdi, Baltikyanı ölkələri azad etdi və Berlini aldı.
Ən parlaq tank qəhrəmanlarından biri qvardiya general-mayoru Həzi Aslanov idi.
Briqadası Stalinqraddan Baltikyanı ölkələrə keçərək Şərqi Ukrayna və Belarusu azad etdi. Stalinqrad döyüşlərindəki cəsarət və şücaətə görə Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Bütün uğurlarına görə Aslanov otuz üç yaşında general-mayor oldu və “Baqration” əməliyyatının fəal iştirakçılarından biri oldu.
Həzi Aslanovun tank briqadası Belarusun azad edilməsinə görə Ali Baş Komandandan altı təşəkkür alıb. 1991-ci ildə Həzi Aslanov ölümündən sonra ikiinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını aldı.
Tankçılar Günü münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general mayoru, Həzi Aslanovun ev-muzeyinin kollektivi adından sizi təbrik edir və hər birinizə uğurlar diləyirik”.
Sonda Əli Kazımov məktubu Moskva Müharibə Veteranları Komitəsinin Zrehli qoşunlarının 5-ci Birləşmiş Şurasının sədri Yevgeni Mixayloviç Pakinə təqdim etmişdir.