Erməni müxalifəti mövcud hakimiyyətə qarşı mübarizədə düzgün tezislərdən istifadə etmirlər.
Müstəqil.Az bildirir ki bu barədə Axar.az-a açıqlamasında siyasi ekspert, Rusiya Elmi Araşdırmalara dəstək Fondunun Ekspert Şurasının sədri Qriqori Trofimçuk bildirib.
Onun sözlərinə görə, Ermənistan müxalifətinin indiki tezisləri gülməli və tamamilə boşdur:
“Onların tezislərində “zərbə gücü” yoxdur. Halbuki məhz sözlər və tezislər həmişə siyasətin əsas silahı olub. Əsas nümunəvi axmaqlıq isə guya Paşinyanın “türk olması”, “türklərə qulluq etməsi” kimi gülünc iddialarla dolu feykləri yaymaqdır”.
Trofimçuk qeyd edib ki, ermənilər uzun müddət öz “varçapet”lərini (baş nazir) Rusiyanın, sonra isə ABŞ-ın casusu etmək istəyirdilər:
“İndi isə növbə Türkiyənindir. Bu, həqiqətən çox gülməlidir. Erməni müxalifəti nagıllar üzərində siyasi tezislər yaradırlar. Hiss olunur ki, Ermənistan baş nazirinin düşmənləri arasında kreativ bir ağıla malik birisi yoxdur. Nə danışmaq, hansı ipi hardan çəkmək lazım olduğunu bilmirlər. Bu da Nikola ümid verməlidir. Bele beyinə malik olan müxalifət uğur qazana bilməz”.
Xatırladaq ki, ötən gün erməni mediası teleqram kanallarına və “hökumətindəki mənbələrə” istinad edərək, guya İrəvana 13 türk xüsusi təyinatlısının sızması haqda xəbərlər dərc edib. İddia edilib ki, komandoslar Nikol Paşinyanın istefasını tələb edən Baş Qərargah rəisi və ordu generallarını neytrallaşdıracaq.
Bu məqalələrin başlıqları çox şeydən xəbər verir: “Paşinyan Ermənistanı satıb”, “Türklər İrəvanda erməni pasportları ilə gəzirlər – Nikol xaindir”.
Müstəqil.Az