Moskvanı dayandırmaq üçün NATO-nun uzunmüddətli strategiyaya ehtiyacı var

Moskvanı dayandırmaq üçün NATO-nun uzunmüddətli strategiyaya ehtiyacı var

Moskvanı dayandırmaq üçün NATO-nun uzunmüddətli strategiyaya ehtiyacı var

“Moskvanı dayandırmaq üçün NATO-nun uzunmüddətli strategiyaya ehtiyacı var”.

xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Krişjanis Karinş “Financial Times”ə müsahibəsində deyib.

“Rusiya dayanmayacaq, bu ölkə yalnız dayandırıla bilər. Rusiyanın Ukraynada dayandırılması hər şeyin bitməsi demək deyil. Biz sadəcə olaraq, davam etməliyik. NATO üçün vacib olan budur: biz Rusiyanın qarşısını almaq üçün uzunmüddətli strategiya üzərində işləməliyik”, Latviya xarici işlər naziri deyib.

Keçmiş baş nazir Karinş, Yens Stoltenberqin yerinə NATO-nun lideri olmaqda maraqlı olduğunu bildirərək, alyansın növbəti baş katibinin Latviya kimi 2%-lik (ÜDM-nin) müdafiə xərcləri hədəfinə çatan bir ölkədən gəlməli olduğunu bildirib.

Karinş xəbərdarlıq edib ki, “imperialist ideologiyası”na görə Kreml təhlükəsi Ukrayna müharibəsindən sonra da davam edəcək.

“Lakin NATO əmin olmalıdır ki, hər hansı insidentin baş vermə ehtimalı bizim qətiyyətimizlə, müdafiə sahəsinə sərmayələrimizlə istisna edilir”, – o vurğulayıb.

Share: