Rusiyada pilotsuz uçuş aparatı qeydə alınaraq zərərsizləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında məlumat yayıb.
O bildirib ki, dron İstra şəhərindən Moskvaya hərəkət edirmiş.
Hadisə ilə bağlı dağıntı və təlafat qeydə alınmayıb.
Qeyd edək ki, ötən ay Moskvaya dəfələrlə dron hücumu edilmişdi.