“Mossad” gizli obyekti aşkarladı, İran tələsik məhv etdi – Netanyahu açıqlayır (VİDEO)

İsrail baş naziri Benyamin Netanyahu ötən gün sentyabrın 9-da keçirdiyi mətbuat konfransında İranın gizli nüvə proqramına dair yeni kəşfiyyat məlumatları, fotoşəkilləri açıqlayıb. Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, Netanyahunun sözlərinə görə İran Fars əyalətində, Abad şəhəri yaxınlığında məxfi obyektdə nüvə silahı işləyib hazırlayır.
Baş nazir bildirib ki, həmin obyekt barədə məlumatlar İsrailin ötən il əldə etdiyi sənədlərdə yer alır.
Xatırladaq ki, İsrail kəşfiyyatı “Mossad” ötən ilin əvvəllərində İranın məxfi nüvə arxivini oğurlayıb. Bu sənədlərin ələ keçirlməsindən sonra ABŞ İranla nüvə razılaşmasından çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib.
Netanyahu İsrail kəşfiyyatının 2019-cu ilin iyun ayında çəkdiyi yeni kadrları nümayiş etdirib. Həmin fotolarda bir neçə tikili yer alır. Baş nazir hesab edir ki, İran həmin obyektlərdə nüvə silahı üzərində eksperimentlər aparır.
Netanyahu bundan bir ay sonra, iyulda çəkilmiş daha bir foto nümayiş etdirib. Həmin fotoya əsasən “Mossad”ın aşkarladığı obyektin məhv edildiyi görünür. “İran dərk edəndə ki, biz onun yerini müəyyən etmişik, bax belə ediblər-olar obyekti dağıdıblar, onlar onu sadəcə olaraq məhv ediblər”,-Netanyahu belə deyib.
Tehran isə İsrail baş nazirinin bu bəyanatını təkzib edib, bildirib ki, İsrail müharibə üçün “istənilən qiymətə” bəhanə axtarır.
Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertlərinin “Mossad” tərəfindən Tehranda aşkarlanan gizli obyektdə apardıqları təftişin nəticəsi açıqlanmışdı. Məlum olmuşdu ki, həmin obyektdə zənginləşdirilmiş uran izləri var.

Alimlər heyrət içindədir! Qədim üsulla oynaqları 2 günə sağaltmaq mümkündür
Share: