Mourinyo Portuqaliya millisindən imtina etdi

Mourinyo Portuqaliya millisindən imtina etdi

“Roma”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya millisini çalışdırmaq təklifini rədd edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Jornal de Notícias” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, milli federasiyanın təklifi Mourinyonu maraqlandırmayıb.

Mütəxəssis “Roma” klubunda ən azı 2024-cü ilə qədər bağlanan cari müqavilənin sonuna kimi fəaliyyətini davam etdirmək arzusunda olduğunu bildirib.


Share: