“Mövcud ictimai-siyasi vəziyyət növbədənkənar parlament seçkilərinin keçirilməsini zərurətə çevirib”

“Mövcud ictimai-siyasi vəziyyət növbədənkənar parlament seçkilərinin keçirilməsini zərurətə çevirib”

“Mövcud ictimai-siyasi vəziyyət növbədənkənar parlament seçkilərinin keçirilməsini zərurətə çevirib”. Bu fikri saytımıza Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.
Asif Əsgərli deyib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə hakim partiya olaraq hər zaman təşəbbüskarlığı ilə seçilib: “Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən bütün təşəbbüslər ölkəmizin hüquqi inkiışafı, dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclasında daha bir təşəbbüs irəli sürülmüşdür. Belə ki, YAP tərəfindən parlament seçkilərinin önə çəkilməsi ilə bağlı təşəbbüs edilmişdir. İndiki məqamda Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki qarşıdan beynəlxalq tədbir olan COP29 gəlir. Buna görə də noyabr ayına kimi yeni parlamentin tam formalaşması zəruri amildir. Bu ilin fevralında ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazilərində prezident seçkiləri keçirildi. Artıq ilk dəfə olaraq növbədənkənar parlament seçkiləri də Azərbaycanın bütün legitim ərazilərində baş tutacaq”.
YAP rəsmisi bildirib ki, Azərbaycan dövləti tərəfindən hər zaman Parlament seçkilərinin də şəffaf keçirilməsi, seçicilərin seçkilərdə maneəsiz iştirakının təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb: “Artıq Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndərmək üçün müraciət mətninin hazırlanması üçün komissiya yaradılıb. Bu kommisiya öz işini yekunlaşdırıb. İyunun 21-də Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələ səsverməyə qoyularaq qəbul edilib. Müraciətdə qeyd edilib ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük əhəmiyyət kəsb edən parlament seçkilərinin demokratik prinsiplərə uyğun olaraq şəffaflığı və rəqabətliliyi təmin etməklə yüksək səviyyədə təşkil olunması, habelə vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakının, səsvermədə öz iradəsini azad və sərbəst ifadə etməsinin təmin olunması dövlətin əsas vəzifələrindən biridir. Müraciətdə deputatların mütləq əksəriyyətinin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı mövqeyi nəzərə alınaraq bildirilib ki, parlament seçkilərinin seçki qanunvericiliyinə uyğun keçirilməsi və Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində nəzərdə tutulmuş vəzifələrini tam icra edə bilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir.
Azərbaycan xalqı 2024-cü ildə keçirilmiş Prezident seçkilərində olduğu kimi, növbəti parlament seçkilərində də milli birlik və həmrəyliyini nümayiş etdirəcək. İnanırıq ki, növbəti parlamanet seçkilərinin keçirilməsinin Azərbaycanın hüquq dövlət quruculuğunun inkiafı üçün mühüm töhfəsi olacaq”.

Share: