Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlib.
Virtualaz.org bildirir ki, bu barədə Çavuşoğlu “Tvitter” hesabında yazıb.
Qeyd edək ki, sabah Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri Mevlud Çavuşoğlu və Pakistan İslam Respublikasının xarici işlər naziri Havaca Məhəmməd Asifin iştirakı ilə Azərbaycan – Türkiyə – Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək.
Çavuşoğlu, həmçinin “Asiyanın ürəyi-İstanbul prosesi”nin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.
Müstəqil.Az