Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əfsanəvi braziliyalı futbolçu Pelenin dəfn mərasimində iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Akşam” qəzeti məlumat yayıb.
Nazir dəfn mərasimindən əvvəl Braziliyada Pelenin karyerasına başladığı və 19 il oynadığı “Santos” klubunu ziyarət edib, klub prezidenti Andres Rueda ilə görüşüb. Prezident Rəcəb Tayyib Ərdoğan və türk xalqının adından Ruedaya başsağlığı verən Çavuşoğlu bildirib ki, Pele bütün türk xalqının və bütün dünyanın ürəyindədir.
Nazir M. Çavuşoğlu daha sonra Pelenin dəfn mərasimində iştirak edib.