MQF Londonda Azərbaycan səfirliyinə qarşı təxribata etirazını bildirir

MQF Londonda Azərbaycan səfirliyinə qarşı təxribata etirazını bildirir

MQF Londonda Azərbaycan səfirliyinə qarşı təxribata etirazını bildirir.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi radikal dini qruplaşmanın üzvləri tərəfindən hücuma məruz qalıb.
 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.
 Azərbaycan bayrağına qarşı dini radikal qruplaşma tərəfindən edilən təhqiramiz hərəkətlər olunması hər bir azərbaycanlını narahat edən, milli qürurumuza toxunan hiddətləndirici hadisədir.
 BMT-nin Diplomatik Münasibətlər və İmmunitetlər haqqında Vyana Konvensiyasına əsasən, hər bir dövlət öz ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyi öhdəsinə götürür. Londonda səfirliyin binasında baş verən hadisələrə görə Britaniya hökuməti, hüquq-mühafizə orqanları məsuliyyət daşıyır.
 44 günlük tarixi zəfərimizin ardınca uğurlu “Qisas” anti-terror əməliyyatı Azərbaycana qarşı qara qüvvələri narahat etməyə bilməz.
Son günlər bu barədə beynəlxalq mediada informasiyalar və s. bunu deməyə əsas verir.
Lakin bütün bunlarla yanaşı, inanlrlq ki, Britaniya hökuməti tərəfindən hadisənin əsl səbəbləri müəyyənləşəcək və dövlət bayrağına qarşı bu cinayət xarakterli addıma görə beynəlxalq hüquq kontekstində tədbirlər görüləcəkdir.
Azərbaycan Milli QHT Forumu üzvü olan 750 QHT adından Londonda səfirliyimizin binasında baş verən hadisəni qətiyyətlə pisləyir və qəbuledilməz hesab edirik.
Rauf Zeyni
Azərbaycan Milli QHT Forumunun prezidenti
Share: