“Seanews.az”-ın məlumatına görə, “TiL” şirkəti “Ocean Terminal” və “Terminal de Normandie” terminallarını 700 milyon avroya alıb.
“TiL” terminallardakı portal kranların sayını iki dəfə artıraraq 20-yə çatdıracaq. 2028-ci ilə qədər müəyyən ərazilərin profilinin dəyişdirilməsi konteyner tutumunu üç dəfə artırmağa imkan verəcək. İki terminalın hazırkı gücü ildə təxminən iki milyon TEU-dur.
Ümumilikdə, Havr limanında keçən il 2,78 milyon TEU aşırılıb ki, bu da 2020-ci ilə nisbətən 15,4% çoxdur.
Havr Avropanın ən böyük konteyner limanları reytinqində 10-cu yeri tutur. Avropanın ən böyük limanları olan Rotterdam və Antverpendə davam edən sıxlıq biznesini genişləndirən “MSC”-ni alternativlər axtarmağa vadar edir.
Müstəqil.Az