“Müasir elmin Korifeyi”

May ayının 17-də Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü münasibəti ilə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycanın qüruru olan görkəmli kompüter alimi, riyaziyyatçı, elektrik mühəndisi, süni zəka araşdırmaçısı, Koliforniyadakı Berkley Universitetinin əməkdar professoru Lütfi Zadəyə həsr olunmuş “Müasir elmin Korifeyi” adlı tədbir keçirilib.

Bu haqda Müstəqil.Az-a  kollecin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirirlir ki, Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günün əsas məqsədi və əhəmiyyəti internetdən və informasiya kommunikasiya texnologiyalarından istifadənin cəmiyyət və ölkərə verdiyi imkanlar və məlumatlılıq səviyyəsinin yüksəldilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə qonaq qismində texnika elmləri doktoru, dosentAzərbaycan Texniki Universitetinin professoru. Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Şahnaz xanım Şahbazova və başqaları  iştirak edib.

Tədbirdə Lütfi Zadənin həyat və yaradıcılığına qısa nəzər salındı. Lütfizadənin elmi kəşfləri,elmi ideyaları bəşəriyyətin inkişafına,insanların rahatlığına,rifah halının yaxşılaşdırmağa xidmət edən elmi ideyalar və kəşflər olduğu bir daha vurğulandı.Lütfi Zadənin həyatı və elmi fəaliyyəti haqqında müxtəlif video çarxlar nümayiş olundu. Əməkdar artist Cahangir Qurbanovun ifasında “Azərbaycan” mahnısı ifa olundu. Daha sonra isə Şahnaz xanım Şahbazova Lütfi Zadə haqqında  öz xatirələrini bölüşüb.

Tədbir tələbələrin ifasında ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Müstəqil.Az

 

Share: