Müasir Rusiya tarixindəki ilk Ay missiyası təxirə salındı

Müasir Rusiya tarixindəki ilk Ay missiyası təxirə salındı

İyulun 13-nə planlaşdırılan “Luna-25” avtomatik stansiyasının işə salınması avqustadək təxirə salınıb.

Bu barədə çərşənbə axşamı jurnalistlərə Roskosmosun mətbuat xidmətindən məlumat verilib.

“Luna-25” kosmik gəmisinin 2023-cü ilin avqustunda orbitə çıxarılması məqsədəuyğun hesab edilib”, – mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, kosmik aparat hazırda yerüstü sınaqların son mərhələsindən keçir. Həmçinin vurğulanıb ki, missiyanın tələb olunan etibarlılığına nail olmaq üçün korreksiya və eniş mərhələlərində yerüstü idarəetmə vasitələrinin sabit işləməsini təmin etmək üçün əlavə tədbirlər görmək lazımdır.

Xatırladaq ki, “Luna-25” avtomatik stansiyası müasir Rusiyada Yerin təbii peykinə gedəcək ilk yerli cihaz olmalıdır. Layihənin məqsədi Ayın cənub qütbündəki bölgədə tədqiqat üçün avtomatik zond göndərməkdir. Modulun Boquslavski kraterinə yaxın yerə endirilməsi planlaşdırılır.

Mənbə: TASS

Share: