Mübariz Mənsimov Prezident İlham Əliyevin namizədliyini dəstəkləyib

Mübariz Mənsimov Prezident İlham Əliyevin namizədliyini dəstəkləyib

“Palmali Holding” şirkətlər qrupunun  İdarə Heyətinin sədri Mübariz Mənsimov Prezident İlham Əliyevə dəstək məktubu ünvanlayıb. “Azerforum.com” həmin məktubu təqdim edir: “Biz, “Palmali Holding” şirkətlər qrupunun ailəsi Ulu Öndər Heydər Əliyevin əsgəri olaraq, 2024-cü ilin 7 fevralında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyirik.

30 ilə yaxın həsrətini çəkdiyimiz torpaqlarımızın işğaldan azad edilməsi məhz Sizin güclü siyasi iradənizin və gərgin əməyinizin nəticəsidir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Azərbaycan xalqı ilk dəfə olaraq ərazi bütövlüyünü tam bərpa etmiş Qalib ölkənin Prezidentini seçəcək. Hər zaman dövlətimin, Prezidentimin yanında olan bir insan kimi xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan vətəndaşı kimi səsimi Sizə verəcəyimi bəyan edirəm.

Cənab Prezident, Sizin yorulmaz fəaliyyətiniz sayəsində Azərbaycan dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanmışdır. Sizin daxılı və xarici siyasətinizə dəstək olaraq “Palmali Holding” ailəsinə aid olan gəmilərə Qarabağ müharibəsində şəhid olmuş igidlərimizin adı verilmiş və gəmilərdə Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə ehtiram olaraq “Ulu Öndər Heydər Əliyev guşələrı” yaradılmışdır.

Qurucusu olduğum “Palmali Holding” şirkətinun üzvləri və şəxsən öz adımdan milyonlarla Azərbaycan vətəndaşını 7 fevral seçkilərində fəal iştirak etməyə və Sizin namizədliyinizi dəstəkləməyə çağırıram.

Azərbaycan dövlətinə və xaqlına yorulmaz xidmətinizə görə Sizə minnətdarlığımızı bildiririk. Xaricdə yaşasaq da hər zaman Sizi dəstəkləyirik.

Sizə ali dövləti fəaliyyətinizdə uğurlar və qarşıdan gələn seçkilərdə qələbə arzulayırıq”.

Share: