“LERİK” tankeri kömək istəyir…

“LERİK” tankeri kömək istəyir…

Sosial şəbəkələrdən məlum olduğu kimi, “Palmali” şirkətlər qrupuna daxil olan “Armada Voyager Three” şirkətinə məxsus “Lerik” tankerinin heyəti düşdükləri acınacaqlı vəziyyətlə bağlı kömək üçün çağırış edib.

Bayraq Malta bayrağı altında üzən , IMO N-si 9575319 olan “LERIK” tankerinin heyət üzvlərinin  kömək istəyi ilə bütün maraqlı tərəflərə müraciət etməsi Dənizçilərə Sosial Dəstək İctimai Birliyi tərəfindən də müzakirə olunub.
Bu haqda Müstəqil.Az-a İctimai Birliyin sədri Faiq Balabəyli məlumat verib.
Onun sözlərinə görə İB özünün bu gün keçirdiyi onlayın toplantısında  hazırda yaşanan xoşagəlməz olayla bağlı “Beynəlxalq Dənizçilər Həmkarlar İttifaqı”na, Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyinə müraciətlər hazırlayacaq.
Dənizçilərimizin hazırkı sosial durumun yaxşılaşdırılmasına, onların aylarla ala bilmədiyi əmək haqlarının ödənilməsinə, gəminin yanacaq və qida ilə təmin olunmasına çağırışlar edib, kömək etmələrini xahiş edəcəklər.
Xatırladaq ki, “LERİK” tankerinin  12 nəfər heyət üzvü var. Onlardan ikisi  Rusiya Federasiyasının, on nəfəri isə   Azərbaycan Respublikasının vətəndaşıdır. Gəmi İstanbulda müəmmalı şəkildə həbsdə saxlanılan Mübarizin Mənsimova mıxsusdur. Sahibkarın müəmmalı halda saxlanılaraq, günahkar olunması sübut olunmadan həbsdə olduğu bu dönəmdə dononmaya Paşa Vekilsoy rəhbərlik edir.
Məlumdur ki, “Palmali” şirkətlər qrupuna daxil olan gəmilərin sünü surətdə bu hala salınması, iş adamı Mübariz Mənsimova qarşı olan haqsız hücumların son ucudur. Görünür Azərbaycanın nüfuzlu iş adamının qazandığı uğurları çoxları həzm edə bilmir,”

Müstəqil.Az

Share: