“Müdafiə naziri arada hospitala gedib orada müalicə olunsun”

“Müdafiə naziri arada hospitala gedib orada müalicə olunsun”

Deputat Aqil Abbas Müdafiə Nazirliyinin Hərbi Hospitalının fəaliyyətini tənqid edib.

“Qafqazinfo”nun məlumatına görə, A. Abbas deyib ki, tez-tez mətbuatda qazilərin  şikayətlərini eşidir: “Həmin qazilər hərbi hospitala rayonlardan gəlirlər. Avtobus da işləmir, məcbur taksiylə gəlirlər. Hospitalda bir dənə resept yazırlar və deyirlər ki, dərmanları özünüz alın.

5 aydır müharibə bitib. Bəzilərinə hələ də əlillik verilməyib. Hansı pulla alsınlar?!  Hərbi hospitalın da fəaliyyəti qənaətbəxş deyil. Bir az müalicə edən kimi deyirlər gedin evə.

Halbuki Daxili İşlər Nazirlyinin Hospitalında bu cür məsələlər yaxşıdır. Müdafiə Nazirliyi ən çox vəsait ayrılan təşkilatdır. Üstəgəl, ora vətəndaşlar tərəfindən ianələr də olur. Niyə Müdafiə Nazirliyinin hospitalı qazilərlə ciddi məşğul olmur? O boyda hospital tikilib.

Niyə bu cür hospitalda müalicə əvəzinə qazilərimizi xaricə göndərirlər? Deməli, orada həkim korpusunu gücləndirmək lazımdır. Müdafiə nazirindən xahiş edirəm ki, arada hospitala gedib orada müalicə olunsun”.

Share: