Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi məlumat yaydı

 “Azərbaycan Ordusunun bölmələri tərəfindən guya martın 9-u saat 17:50 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır”.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən bildirilib.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – Nazirlik qeyd edib.


Share: