Müdafiə Nazirliyinin rəhbərliyi bayramla bağlı Baş Klinik Hospitalda olub

Müdafiə Nazirliyinin rəhbərliyi bayramla bağlı Baş Klinik Hospitalda olub

Müdafiə Nazirliyinin rəhbərliyi bayramla bağlı Baş Klinik Hospitalda olub

Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Baş Klinik Hospitalı ziyarət edib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Baş Klinik Hospitalda müalicə olunan hərbi qulluqçularla və tibb personalı ilə görüşən general-polkovnik Z.Həsənov onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini çatdırıb.
Nazirliyin rəhbər heyəti hospitalda aparılan müalicə prosesi ilə maraqlanıb, xəstə və yaralıların tezliklə sağlamlıqlarına qovuşmalarını və Ordu sıralarında xidmətlərini davam etdirmələrini arzulayıb.
Hospitalın tibb personalının peşəkarlığı, burada xəstə və yaralı hərbi qulluqçuların müalicəsi zamanı göstərilən xidmətlər yüksək qiymətləndirilib.
Şəxsi heyətə bayram hədiyyələri təqdim edilib.

Share: