“Los Del Fuego” adlı musiqi qrupunun solisti səhnədə həyatını itirib.
Müstəqil.az Teleqraf.com-a istinadla xəbər verir ki, Argentinada konsert zamanı Xuan Karlos Maşeroni infarkt keçirərək yerə yıxılıb.
Həvəskar kameralara düşən görüntülərdə ifaçının büdrəyərək yıxıldığı görünür.
59 yaşlı solistin dünyasını dəyişdiyi bildirilir.
Müstəqil.az