Müğənni Sevinc və Sevilin çəkildiyi yeni filmin treyleri yayımlandı…

Müğənnilər Sevil və Sevinc Səfərovaların rol aldığı “Qızqaçıran” filminin treyleri yayımlanıb.

Müstəqil.Az xəbər verir ki, rejissorluğunu Rüfət Şahbazovun etdiyi ekran işi komediya janrındadır.

Filmin ssenarisini Fariz Əliyev, Kənan Yusif və Süleyman Süleymanzadə yazıb. Rollarda əkiz bacılarla yanaşı, aktyorlar Fərda Amin, Kənan Yusif, Elşən Hacıbabayev, Hacı İsmayılov, Əlibəy Məmmədli və başqaları çəkilib.

Çəkilişlər Bakıda, Abşeron yarımadasında, Quba, Xızı, Qaradağ rayonlarında aparılıb.

Qeyd edək ki, “Qızqaçıran” yaxın günlərdə tamaşçılara təqdim olunacaq.

Share: