“Mugham” Birləşmiş Ərəb Əmirliklərində “Dubai Turism”in dəstəyi ilə baş tutan “MEFEX” (Middle East Fragrance Expo) beynəlxalq ətir sərgisində iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, müxtəlif dünya brendlərinin qatıldığı “Dubai Shopping Festival 2023” çərçivəsində “Mugham” ətirləri 4000-dən çox qonağa təqdim olunub.
“MEFEX” (Middle East Fragrance Expo) beynəlxalq sərgisində həmçinin dünyamiqyaslı ən mötəbər parfüm şirkətləri öz məhsullarını nümayiş etdirib.
Qeyd edək ki, “Mugham” ətirləri nadir və davamlı xammaldan hazırlanaraq satışa çıxarılır. Fransada istehsal edilən “Mugham” parfüm brendinin “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü – “Rast”, “Shur”, “Segah”, “Chahargah”, “Bayati -Shiraz”, “Shushtar” və “Humayun”un adını daşıyan çeşidləri də var. “Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində – Nişantaşıda da satılır.