Müharibə bütün diplomatik vasitələr tükəndikdə başlayır. “Dağlıq Qarabağ” münaqişəsi ətrafında danışılmayan və ya qaranlıq qalan demək olar artıq heç nə yoxdur.
Bəs münaqişə nəyə görə Məkik diplomatiyası kimi uzanır?
Münaqişə uzadılaraq, döyüşlərdə həlak olanların unudulması və yeni nəslin bu konflikti həll etməkdə maraqlı olmayacağı düşünüldüyü üçün münaqişənin uzadıllası haqda fikirlər özünü doğruldurmu?
Lakin Dünyada baş verən son proseslər göstərir ki, “Dağlıq Qarabağ” münaqişəsində müharibəyə girərsək, hazırki dövr üçün çox böyük uğurlar qazana bilərik.
Bəs 100 il öncə ilə indinin fərqi nədir?
Təxminən 100 il öncə Osmanlı imperiyasının ölümü, bizim də Rusiyanın tərkibinə qatılmamızı şərtləndirdi. Həmən dövrdə zəif Türklər öz maraqlarını qurban vermək məcburiyyətində qaldı. Lakin indi Dünya siyasəti çox mütəhərrikdir, belə ki, artıq Türkiyənin regional güc kimi nüfuzunun artması və Rusiya Federasiyası ilə ortaq maraqlar bizim lehimizə ola bilər.
Bəs Rusiya Ermənistanı sürətlə silahlandırmaqla nəyə nail olmağa çalışır?
Rusiya Qafqazda güc balansını Ermənistanın xeyirinə dəyişməyə cəhd edir. Bildiyimiz kimi, S-300 zenit raket sisteminin faizsiz kreditlə Ermənistana verilməsi və cəbhəyə yaxın yerləşdirilməsi bunun göstəricisidir. Çünki Qafqazda güclü Azərbaycanının uğur əldə etməsinə rəğmən, bu məqmda dolaşığa düşərək beynəlxalq siyasətdə təklənən Rusiyaınn bu konfliktin həll edilməsində maraqlı olmasını heç vaxt şərtləndirməz. Bacardığca konflikti uzatmaq istəyəcək, amma hazırki vəziyyətdə bunu çətinki bacara bilər. Lakin fikrimcə düşmən daha da sürətlə silahlanmadan geniş miqyaslı müharibəyə başlasaq, buna böyük güclər təsir edə bilməyəcək və qələbə qazanmağımız labüddür.
Yusubzadə Novruzəli