Vətən Müharibəsi iştirakçılarına “Müharibə Veteranı” adının verilməsi ilə bağlı komissiya yaradılıb.
Müstəqil.AZ BAKU.WS -a istinadla xəbər verir ki, komissiya “Müharibə Veteranı” adı veriləcək iştirakçıların siyahısını müəyyənləşdirəcək və müvafiq təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edəcək.
Müharibə iştirakçılarına veteran adının verilməsi zamanı hansı meyarlar nəzərə alınacaq?
Bu suala cavab olaraq hərbi ekspert Emil Həsənli ARB24-ə bildirib ki, müharibədə iştirak etmiş bütün şəxslər – səfərbərliklə cəlb edilmiş, aktiv hərbi əməliyyatlarda iştirak etmiş, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları, o cümlədən həkimlər və digərlərinin siyahısı müəyyənləşəcək.