Müharibə veteranlarının Respublika xəstəxanasının əməkdaşlarına minnətdarlıq

Müharibə veteranlarının Respublika xəstəxanasının əməkdaşlarına minnətdarlıq

Əmək və müharibə veteranlarının, əlillərin, qazi və şəhid ailələrinin tez-tez üz tutduqları bir ünvan var – Müharibə veteranlarının Respublika xəstəxanası.

Burada çalışan tibb personalı əsl fədakar insanlardır. Xəstələri zəngin təcrübəsi, xoş rəftarı, şirin dili ilə sağaldan nevropotoloq həkim Nailə xanım Nəbizadə xəstələrə xüsusi qayğı göstərən baş tibb bacısı Lalə xanım, ilk baxışdan qaraqabaq kimi tanınansa da, əslində çox bacarıqlı, savadlı və xəstələrin ürəyinə yol tapan tibb bacısı Nərgiz xanım daim şən, üzügülər tibb bacısı Yeganə xanım, daim narahat, xəstənin halı bir balaca dəyişəndə tez-tez palatasına baş çəkən Sevinc xanım, masajist, öz işinin ustası Lalə xanım, güllər, çiçəklər aşiqi darsenval Mətanət xanım, ultrasəs Sara xanım, hər bir xəstənin ad və soyadını əzbər bilən və “dayı” “xala” deyə müraciət edən baş tibb bacısı Aytəkin xanım, təsərrüfat bacısı, xəstələrin ilk yardımına qoşan Raziyyə xanıma xüsusi təşəkkürümü bildirir və hər birinə ayrı-ayrılıqda “çox sağ olun” demək istəyirəm . Burada müalicə alan xəstələr dava-dərmanlardan daha çox bu gözəl insanların rəftarlarından, xəstələrə münasibətlərindən razılıq edirlər. Var olun əziz insanlar.

Share: