“Rusiyanın fevralın 24-ü Ukraynada müharibəyə başlamasından bəri 20 minə qədər rus əsgər həlak olub”.
“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, bu iddia ilə adı açıqlanmayan Qərb rəsmiləri çıxış edib.
Bildirilir ki, Rusiya ordusunun daha 55 min hərbçisi xəsarət alıb.
Qeyd olunur ki, müharibənin yavaşlaması səbəbindən statistik rəqəmlər gec dəyişir.
Nəzrin Cavadzadə