Mü­ha­ri­bə­ni qə­lə­bə ilə qur­tar­dıq­dan son­ra to­yu­nu edə­cək­di

Mü­ha­ri­bə­ni qə­lə­bə ilə qur­tar­dıq­dan son­ra to­yu­nu edə­cək­di

XDND idarəsinin I Qarabağ müharibəsində şəhid olmuş əməkdaşı şəhid İlqar Poluyev. XDND-nin “Neftqaz-3″ gəmisinə bir vaxtlar özünün işlədiyi şəhid matrosumuzun, qəhrəman döyüşçümüzün adı verilib.  Onun və XDND idarəsinin I Qarabağ  müharibəsinin digər əməkdaşları haqda 2003- cü ildə nəşr etdiyim “Kəsilməyən həyacan fiti” kitabımda bəhs etmişdim. Nəşri qələbə günün 1-ci ildönümünə qədər gerçəkləşəcək “Dənizçilərimiz Vətən müharibəsində” növbəti kitabımda da qəhrəmanımız haqqında bu məqalə dərc olunur.

Faiq Balabəyli

Po­lu­yev İl­qar Rə­şid oğ­lu “Neft­qaz-3” gə­mi­sin­də mat­ros iş­lə­yir­di. O, da­im na­ra­hat hiss­lər ke­çi­rir­di. Axı və­tən təh­lü­kə­də idi.

Ona gö­rə də kö­nül­lü ola­raq ye­ni­cə for­ma­la­şan mil­li Or­du­ya ya­zıl­dı. Də­niz­çi­lə­ri­miz­dən iba­rət olan dəs­tə ilə bir­lik­də ən qay­nar nöq­tə­lə­rə, dö­yü­şə get­di. Də­niz­çi­lər­dən iba­rət olan ta­qı­mın tər­ki­bin­də düş­mə­nə qar­şı  qə­hə­rə­man­ca­sı­na vu­ruş­du. O, dö­yüş­çü dost­la­rı ilə bir­lik­də Düş­mə­nin sar­sı­dıl­ma­sın­da fə­al iş­ti­rak et­miş­di.

Əv­vəl­lər Fi­zu­li ra­yo­nun mü­da­fiə­sin­də vu­ruş­muş­du­lar. İl­qar və onun də­niz­çi dost­la­rın­dan iba­rət ta­qım da­ha son­ra Ağ­də­rə­yə gəl­miş­di. O, sər­rast  pu­lem­yot­çu ki­mi  ta­nı­nır­dı. Elə Ağ­da­rə is­ti­qa­mə­tin­də ge­dən dö­yüş­lər­də də özü­nü ma­hir pu­lem­yot­çu ki­mi gös­tə bil­miş­di. He­sa­bın­da on­lar­la er­mə­ni le­şi olan Qorx­maz dö­yüş­çü İl­qar dö­yüş­lə­rin bi­rin­də düş­mən gül­lə­sin­dən ağır ya­ra­lan­dı və şə­hid ol­du.

İl­qar Və­tə­nə sev­gi­si, düş­mə­nə nif­rə­ti ilə ya­na­şı fit­ri is­te­da­dı ilə də yad­daş­lar­da qal­dı. O, sə­mi­mi, qəlb ox­şa­yan şer­lər də ya­zır­dı. İl­qar  iki il idi ki, ni­şan­lı idi. Söh­bət dü­şən­də de­yir­di:- Mü­ha­ri­bə­ni qə­lə­bə ilə qur­tar­dıq­dan son­ra to­yu­mu edib, si­ze də ça­ğı­ra­ca­ğam.

Doğ­ma kən­di – Qa­za­xın Aşa­ğı Sa­lah­lı kən­di­nin adam­la­rı onun hə­lak ol­ma­sı­nı də­rin kə­dər his­si ilə qar­şı­la­dı­lar, O, öl­məz­li­yə qo­vuş­du. Eli­nə, oba­sı­na baş uca­lı­ğı gə­tir­di.

Share: