“Muharrem İnceyə zəng edib, şəfa dilədim” — Ərdoğan

“Muharrem İnceyə zəng edib, şəfa dilədim” — Ərdoğan

“Muharrem İnce namizədliyini geri götürəndə ona zəng etdim və kədərləndiyimi bildirdim”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan  jurnalistlərə açıqlaması zamanı deyib.

“Muharrem bəyin xəstələnən anasına da ən xoş arzularımı çatdırdım. Sonradan İnce bəyin yenidən xəstələndiyini eşitdim və zəng etdim. Əlimizdən gələni edəcəyimizi söylədik. İnsani borcumuz olaraq Allahdan şəfa dilədik.

Siyasət xalqı aldatmaqla aparılmır. Millətimiz bunları görür və lazım olan cavabı seçki qutusunda verəcək”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədəki prezident seçkilərinə namizəd olan Məhərrəm İnce seçkilərə 3 gün qalmış namizədliyini geri çəkib.


Share: