İki qızı və bir nəvəsi olan 52 yaşlı Qin Ling görünüşü ilə dünyanı təəccübləndirib.
Moderator.az xəbər verir ki, iştirak etdiyi TV şousunda bütün diqqətləri üzərinə çəkib. Qin Ling dərisinin gözəl qalmasının sirrini çılpaq yatmağı ilə əlaqələndirib.
Evdə hazırladığı maska ilə olduğundan daha gənc görünən 52 yaşlı Qin Lingə çox adam 30 yaş verib. O, bildirib ki, dərisinin hamar olması çılpaq yatmasından irəli gəlir. Ling “çılpaq yatmaq dərinin nəfəs almasını təmin edir və yuxunu şirinləşdirir. Eləcə də, sellülitin əmələ gəlməsinin qarşısını alır” deyə qeyd edib.
Qızlarının da iştirak etdiyi proqramında məşhur olub diqqət çəkməyi bacaran qadın olduğundan daha cavan görünməsini də evdə hazırladığı maskalara borclu olduğunu deyib. Qin Ling xiyar, qatıq və bal ilə hazırladığı maskanın dərini hamar hala gətirdiyini deyib. Super nənə bu maskaları uzun illərdir ki, hər gün üzünə çəkdiyini bildirib.
Ancaq bədəni ilə çətin keçən illərini heç hiss etdirməyən Qin Ling, qızlarının onunla qürur duyduğunu söyləyib.