Mülayim, mehriban ay Sevinc həkim…

Mülayim, mehriban ay Sevinc həkim…

 

Mülayim, mehriban ay Sevinc həkim

5 nömrəli xəstəxanada çalışan, bir nömrəli, neçə xəstələrin şəfasını verən, gülərüz, xəstələrə öz doğması kimi yanaşan, peşəkar həkim – terapevt Sevinc xanım Qocayevə…

Gümansız insanın gümanı sizdə,
Qəlblərin şəfqətli inamı sizdə.
Xəstənin şəfalı dərmanı sizdə,
Mülayim, mehriban ay Sevinc həkim!

Nurəddin müəllim yanına məni,
Göndərib, dedi ki, o həkim səni.
Sağaldar inşallah bilirəm, yəni,
İnandım dostuma day Sevinc həkim!

Sıradan çıxmayıb yəqin məndə can,
Nə olar, balanam şəfa ver loğman.
Ölümə yaraşmır bu şair oğlan,
Hələ etməmişəm toy Sevinc həkim!

Hippokrat andına sadiq qalan kəs,
Peşəkar işinə yoxdu bir əvəz.
Sizdən bu dünyaya bir daha gəlməz,
Heç sizə yoximiş tay Sevinc həkim!

Nəyi çox yeməyim, nəyi az yeyim,
Duzlu çox yeyirəm bunu düz deyim.
Mənə nə faydalı, onu siz deyin,
Mümkünsə, de bir-bir, say Sevinc həkim!

Zarıncı xəstədə bədənin, belin,
Çox yaxşı bilirsən məlhəmin,dilin.
Fuadam, tək arzum sağala bilim,
Sizə sağ ol deyim, hey Sevinc həkim!

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı

Fuad Biləsuvarlı

24 yanvar

Share: