14 il əvvəl Türkiyənin İstanbul şəhərində Münəvvər Karabulutun vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı xəbərlər yenidən gündəm olub.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Münəvvəri öldürən və həbsxanada dünyasını dəyişən Cem Qaripoğlunun hələ də sağ olduğunu iddia edən atası Sürəyya Karabulut qızının qatilinin məzarının açılmasını tələb edib.
Cem Qaripoğlunun həbsxanadan qaçırıldığına inanan ata Süreyya Karabulut vəkili Rezan Epözdemir vasitəsilə məzarının açılması üçün Silivri Respublika Baş Prokurorluğuna müraciət edib.
Prokurorluq Cem Qaripoğlunun məzarının açılması tələbini rədd edərək, Ədliyyə Ekspertizası tərəfindən aparılan ekspertizada ölən şəxsdən alınan DNT analizi ilə onun valideynlərindən alınan DNT nümunələri arasında 99,99 faiz uyğunluq olduğunu bildirib.
Rədd qərarlarından sonra ata Süreyya Karabulut vəkili vasitəsilə şikayəti Ədliyyə Nazirliyinə çatdırıb. Ədliyyə Nazirliyi də məzarın açılması tələbini rədd edib.
Ailənin vəkili Rezan Epözdemir Cem Qaripoğlunun məzarının açılması məsələsini Konstitusiya Məhkəməsinə aparacaqlarını qeyd bildiirb.