Azərbaycanın tarixi missiyası: Münasibətlərdə dönük, siyasətdə xəyanətkar ermənilərə verilən dərs
İstər fərd olsun, istər dövlət, istərsə də millət tarix boyu dönüklüyün və xəyanətin cəzasını çəkiblər. Elə bu gün ermənilərin çəkdiyi kimi. Dönüklüyü özünə peşə edən bu etnos tarixdə yaşadıqlarından və aldıqları cəzadan heç bir dərs almayıblar. Bu etnosun xəyanəti ilə bağlı bir neçə tarixi fakta diqqət edək. Xilafətin güclü olduğu bir zamanda onlardan istifadə edən ermənilər alban kilsəsini özünə tabe edir və beləliklə, Albaniya ərazisində oturuşaraq alban türklərinə qarşı öz düşmənçilik missiyalarını zaman-zaman yerinə yetirməyə səy göstərirlər. Xilafətin zəiflədiyi bir zamanda erməni xəyanətinə bələd olan bizanslılar erməni kilsəsini məhv etmək məqsədi ilə kütləvi qırğınlara əl atırlar. Lakin bu dəfə ermənilər məhv olmadan xilas olmaq, qorunmaq üçün o zamanlar supergüc kimi meydana atılan Səlcuq imperiyasının qoltuğuna sığınır amma, sonradan onlara da xəyanət edir. Osmanlı imperiyasında xidmət yerini tapan bu etnos Osmanlı imperiyasının zəiflədiyini hiss edincə, öz çirkin vərdişlərini təkrarlayaraq dünyada güc sahibi kimi özünü göstərməyə başlayan Qərb dövlətlərinə (elə bu günkü kimi) və çar Rusiyasına üz tuturlar. Vətəndaşı olduqları dövlətə qarşı satqınlıq və xəyanət edən ermənilər bir-birlərinin ardınca Qərb və rus imperatorlarının qapısı ağzında oturur, ətəklərindən yapışır, onlardan əl çəkmirlər. Osmanlı sultanlığına Birinci Dünya müharibəsi dönəmində xəyanət edən bu etnos layiqli cəzasını alır, ancaq bunu özünə soyqırım kimi dəstəvuz edib bu günə qədər Avropa qapılarında dilənirlər. Növbəti xəyanət ünvanı isə 30 il arxasında durub, Azərbaycan torpağının işğalına rəvac verən öz ağasına qarşı oldu. Bu gün isə babaları kimi yeni ağa axtarışına çıxıb üzünü Avropaya çeviriblər. Məhz bu saydıqlarımız ermənilərin tarix boyu elədikləri hərəkətdir. Yəni kim güclüdürsə onun xidmətində durub məqsədə çatmaq. Ancaq bu da axıra qədər heç vaxt baş tutmur. Erməni ikiüzlülüyünün min rəngi, min çaları var. O hər yerdə fərqli şəkildə, amma həmişə eyni məqsəd və məramla özünü göstərir – məskunlaşdıqları ərazilərdə yerli xalqlara qarşı nifrət və kənar güclərə yarınmaq üçün təbəəsi olduğu dövlətə qarşı xəyanət etmək. Amma bu dəfə xəyanət və kiməsə yarınaraq xəstə iddialara düşmək ermənilərə baha başa gəlir. Fransanın, ABŞ-ın və başqa himayədarlığından ruhlanan ermənilər üç il əvvəlki biabırçı məğlubiyyəti unudaraq yenidən hərbi və siyasi təxribatlara əl atırdı. Bir tərəfdən sülh danışıqları gedir, digər yandan separatçılar, qeyri-qanuni silahlı dəstələr bölgədə hərbi terror törədir ki, bu, normal vəziyyət hesab edilə bilməzdi. Nəzərə alınmalıydı ki, Azərbaycanın da səbrinin həddi bir yerə qədərdir. Azərbaycan Prezidentı cənab İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, qanunsuz silahlılar oradan çıxarılmalıdır, Qarabağda Azərbaycanın suveren hüquqları tam bərpa edilməlidir. . Danışıqlardan anlamayan, sülh prosesini pozan separatçı ünsürlər Azərbaycan üçün başqa yol qoymadı. Son olaraq bir gündə erməni diversiya qruplarının törətdiyi mina terroru nəticəsində 7 polis və iki mülkü şəxsin həlak olması Azərbaycanın səbrini daşırdı və antiterror tədbirlərinə start verildi. Ermənistanın məğlub ölkə libasında imza atdığı üçtərəfli bəyanatın müddəalarına məhəl qoymaması, hərbi təxribatlarını davam etdirməsi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə ciddi şəkildə mane olmağa çalışması antiterror əməliyyatını labüd etdi. Azərbaycan növbəti dəfə beynəlxalq qanunların təminini öz gücünə həyata keçirir və haqlı davamızda Zəfər Savaşında olduğu kimi bütün xalq Ali Baş Komandanın, qəhrəman ordumuzun yanındadır. Bu birlik qarşısında heç bir qüvvə dayana bilməz. Qısa müddət ərzində düşmənə gücümüzü yenidən göstərdik və onlar lazım olan dərsi aldı. Azərbaycan hakimiyyəti Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşünü rədd edən separatçılar yalvarışla atəşkəsə nail olub bu görüşə gəlirlər. Bu təklif, əslində, rəsmi Bakının vəziyyətin gərginləşməsində maraqlı olmadığını, lakin erməni separatçıların qeyri-qanunu silahlı birləşmələri öz cinayıtkar əməllərində israr edəcəkləri təqdirdə, antiterror tədbirlərinin sona çatıdırılmasında nə qədər qətiyyətli olduğunu açıq çəkildə göstərir. Separatçılara himayədarlıq edənlər, onları qızışdıranlar da bəllidir. Amma artıq hər kəs anlamalıdırlar ki, Azərbaycan müstəqil dövlətdir və hansısa qüvvə Azərbaycan Ordusunun hüququndan istifadəsinin qarşısını ala bilməz. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır ki, Azərbaycan buna nail olacaq. Yüz illərdir xəyanət və riyakarlığı ilə Qafqazda savaş ocağı yaradan Ermənistana gərəkən dərsi Azərbaycan verəcək.
Fəzail İbrahimli
Milli Məclis Sədrinin müavini