“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı  “Copernicus” beynəlxalq indeksinə daxil edildi

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı  “Copernicus” beynəlxalq indeksinə daxil edildi

Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı  “Copernicus” beynəlxalq indeksinə daxil edilib

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan “Copernicus” sisteminə daxil edilib.  Jurnal dünya, o cümlədən türk xalqlarının ədəbiyyatlarının qarşılıqlı müqayisəli təhlili istiqamətində elmi məqalələrin çap olunduğu nəşrdir.

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı 2004-cü ildən etibarən “Ədəbi əlaqələr” adı ilə toplu kimi fəaliyyətə başlayıb. 2014-cü ildən ardıcıl şəkildə jurnal kimi fəaliyyət göstərməkdədir. 2018-ci ildən AMEA Rəyasət Heyətinin jurnalların təkmilləşdirilməsi haqqında qərarından sonra komparativistika istiqamətində ixtisaslaşan jurnalın adı dəyişdirilərək “Müqayisəli ədəbiyyatşünaslıq” adlandırılıb və beynəlxalq tələblərə uyğunlaşdırılıb.

AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin baş redaktoru olduğu “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalında Azərbaycan dili ilə yanaşı türk, rus, ingilis dillərində yerli və xarici müəlliflərin məqalələri yayımlanır. Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Cənubi Koreya, Tatarıstan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Polşa və digər ölkələrin alimləri daxildir.

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Müstəqil.Az

Share: