Müsəlman boksçu Parisə uçan təyyarənin qaçırılmasının qarşısını aldı… – FOTO+VİDEO

Fransanın Mərakeş əsilli ikiqat boks çempionu Tarık Sahibəddin azğın bir sərnişinin hava gəmisini qaçırmasına mane olub.
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, fövqəladə olay ötən cümə axşamı Münhendən Parisə uçan laynerdə baş verib. Bu barədə “Facebook”dakı səhifəsində jurnalist Arno Romero yazıb.
Uçuş zamanı sərnişinlərdən biri şiddətli davranmağa başlayıb. O, uçuş kursunun dəyişdirilməsi üçün pilotların kabinəsinə girməyə cəhd edib.
“Əgər eyni təyyarədə uçan boksçu Tarik Sahibəddin  olmasaydı, bu hekayətin 200 sərnişin və ekipaj üçün necə bitəcəyi məlum deyil”-deyə əcnəbi jurnalist yazır.
İdmançı bir zərbə ilə bədəməl sərnişini  yerə yıxıb və əllərini bağlayıb. Nəticədə hava gəmisi təhlükəsiz şəkildə təyinat məntəqəsinə çatıb.
Sərnişinlər və ekipaj üzvləri cəsarətli döyüşçüyə  sürəkli alqışlarla təşəkkür edib. Cinayətkar isə polisə təhvil verilib.
Müstəqil.Az

Share: