Müsəlmanlara ŞAD XƏBƏR – 4 oktyabrdan…

Səudiyyə Ərəbistanı Ümrə ziyarətinin mərhələli şəkildə keçirilməsinə icazə verib.

Müstəqil.az-ın məlumatına görə, koronavirus pandemiyasına görə 6 ay fasilə verilən ziyarət 4 oktyabrdan etibarən başlanacaq.

Bu çərçivədə 4 mərhələli plan tətbiq olunacaq. İlk mərhələdə Səudiyyə Ərəbistanında yaşayanlara (gündə 6 min nəfərə yaxın) icazə veriləcək.

Qeyd edək ki, bu il Həcc ziyarəti məhdud sayda müsəlmanın iştirakı ilə iyulun 29-da baş tutmuşdu.

Share: