Bu gün dünyanın əksər ölkələrində bir çox məhsulların endirimlə satıldığı, alış-veriş həyəcanının pik həddə çatdığı “Black Friday” (Qara Cümə) kimi qeyd olunur.
ABŞ-da Şükran günündən sonrakı ilk cümə günü təxminən 100 ildir ki, alış-veriş dövrünün başlanğıcı hesab edilir. 1932-ci ildə başlayan bu endirimli alış-veriş kompaniyaları zamanla bütün dünyaya yayıldı.
Artqı bir neçə ildir ki, yalnız Qara Cümə günü deyil, onun daxil olduğu həftə ərzində də böyük endrimlər həyata keçirilir.
Lakin bütün ölkələr Qara Cüməni müsbət olaraq qiymətləndirmir. Xüsusən də, müsəlman ölkələri İslamın müqəddəs günü olan cümənin qara adlandırılmasına mənfi hal kimi yanaşaraq onu rədd edirlər.
Lakin Qara Cümə adının tarixi Filadelfiyadan qaynaqlanır və onun İslam dini ilə əlaqəsi yoxdur.
Belə ki, illərdir alış-verişin ünvanı olan Filadelfiyada Şükran günündən sonrakı ilk cümə günü insanların çox alış-veriş etməsi səbəbi ilə böhrana vəziyyətinə çevrilib.
Ölkədə saatlarla olan tıxaclar, küçələrdə gündəlik həyatı pozacaq izdiham və demək olar ki, iki qat artan quldurluqlar nəticəsində Filadelfiya Polis İdarəsi hadisələrin həllini sürətləndirmək üçün bu günü Qara Cümə kimi adlandırıb.
İqtisadi depressiya və birja çöküşlərində olduğu kimi, burada da ‘Qara’ sifəti mənfiliyi ifadə edir.
Ancaq illər keçdikcə mağazalar iqtisadi vəziyyəti nəzərə alaraq yalnız ildə bir neçə gün insanların üzünü güldürəcək satış etmək qərarına gəldilər.
İlin başqa vaxtlarında iflas həddinə çatan bizneslərin can damarı olan bu özəl günün adını dəyişmək isə heç də uğurlu olmazdı.
Çünki iqtisadçılar həm gəlirliliyin, həm də Qara Cümənin simvolu olan “qara” rəngi endirimlə müəyyənləşdirdilər.Endirim sahibkarlara zərər vurduğu üçün bir növ onları qara günə çıxarırdı, lakin marka və satışa olan həvəs artırdı.
Onilliklərdən sonra Qara Cümə alış-veriş gələcəyi kimi bütün dünyanı fəth etdi, əslində onun adındakı “qara” sifəti amerikalılar arasında sadəcə bir ifadə rolunu oynayır.