“Seçki müşahidəçilərinə qarşı heç bir maneə qeydə alınmayıb”.
Seçki Müşahidə və Təhlil Qrupu Koalisiyasından -ya bildirilib ki, xırda istisnaları çıxmaq şərti ilə müşahidə aparılan seçki məntəqələrində səsvermə prosesi ümumilikdə normal və şəffaf şəkildə davam edir.
Müşahidəçilərə öz vəzifələrini həyata keçirməyə tam şərait yaradılıb.
Koalisiya qeyd edib ki, səsvermə kabinəsindən kənarda səsvermə müşahidə edilməyib: “Bundan başqa, seçki məntəqəsi daxilində hər hansı namizədin xeyrinə təbliğat aparılması halları müşahidə olunmayıb. Koalisiya monitorinqlərini davam etdirir”.
Tural Turan