“Müstəmləkəçilik, o cümlədən neokolonializm bəşər tarixinin rüsvayçılıq səhifəsidir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində yazıb.
O, Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər iclası çərçivəsində təşkil edilən “Müstəmləkəçilik fotolarda” adlı sərgidən video da paylaşıb.