Mustafa Babanlının vəzifəsi ona həvalə olundu

Mustafa Babanlının vəzifəsi ona həvalə olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi Vazeh Əskərova həvalə olunub.

Universitetdən “Qafqazinfo”ya verilən məlumata görə, elm və təhsil naziri bununla bağlı əmr imzalayıb. 

Nazirin digər əmri ilə ADNSU-nun Strateji məsələlər üzrə prorektor vəzifəsi yaradılıb və bu vəzifəyə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov təyin olunub. 

Qeyd edək ki, Vazeh Əskərov Azərbaycan Dillər Universitetində bakalavr, Fransanın Marc Bloch Universitetində 2 magistr, Strasburq Universitetində doktorluq təhsili alıb. 


Share: