Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin şənbə günü Bakıda keçirdiyi konsert proqramında yüzlərlə qonaq iştirak edib.
Müstəqil.az xəbər verir ki, yeni bir restoranının açılışında çıxış edən ulduz konsertdən yaddaqalan bəzi məqamları instqramda paylaşıb. Toylara icazə verilmədiyi bir vaxtda restoranda belə bir tədbirin keçirilməsi və karantin qaydalarının pozulması sosial şəbəkələrdə etirazla qarşılanıb.
Mustafa Ceceli Bakı konserti barədə təəssüratlarını belə ifadə edib:
“Səhnə üçün çox darıxmışam. Bu görüntülərə ən qısa zamanda Türkiyədə də qovuşarıq! Konsertlər yenidən başlayar. Bakıda bizi coşğu ilə qarşılayan, bir ağızdan mahnılarımı söyləyən hər kəsə təşəkkürlər”.