“Heç bir dövlət boşuna müharibə istəməz. Amma söhbət vətənin qorunmasıdırsa, müharibə məqbuldur”.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Milli Məclisin bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın torpaqları uğrunda apardığı mübarizəsindən, şüarından əl çəkməsini heç kim istəyə bilməz:
“Heç kim gözləməsin ki, Azərbaycan xalqı bir üzünə şillə vurulduqdan sonra digər üzünü də çevirəcək.
Azərbaycan xalqı heç kimin haqqına göz qoymur. Heç kimin də onun torpaqlarına göz qoymasına icazə verməyəcək. İlanın (Ermənistanın) bir daha onun torpaqlarına əl uzatmasına yol verməyəcək”.