Əkinçilik Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? -İDDİA

Əkinçilik Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? -İDDİA
 Sentyabr ayının birində Azərbaycanda parlamet seçkiləri keçiriləcək. 
MÜSTƏQİL AZ  Təşviqat prosesinə start verilən bu seçkidə bəzi namizədlərin böyük kapital sahibləri olmasıdır.
49 saylı Abşeron ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Faiq Xudayevin də böyük var-dövlətinin olduğu bildirilir.
Faiq Xudayevin hazırda Mehdiabad qəsəbəsinin Şıxəli Qurbanov küçəsində inşa etdirdiyi villasının dəyərinin 1 milyon manat olduğu vurğulanır.
Qeyd edək ki, F.Xudayev deputatlığa namizəd olan digər imkanlı namizədlər kimi biznes fəaliyyəti ilə məşğul olmur.
O, Əkinçilik Elmi Tədqiqat İnstitunun direktorudur.
Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Məsələ ilə bağlı Faiq Xudayevə ünvnladığımız sorğuya cavab vermədi.
MÜSTƏQİL AZ
Share: