Nəhəng konteyner gəmisinin törətdiyi qəza gəmi sürücülüyünə yeni təkan verib

Nəhəng konteyner gəmisinin törətdiyi qəza gəmi sürücülüyünə yeni təkan verib

Müstəqil.Az xəbər verir ki, təlim mərkəzinə müraciət edənlər sürücülük bacarıqlarını təkmilləşdirmək istəyirlər.

Qrenobl şəhərinin yaxınlığında təlim mərkəzinə məxsus ümumi sahəsi 5 hektar olan su anbarı mövcuddur. Bu, dünyanın texnoloji baxımdan ən zəngin süni su anbarlarından biridir. Su anbarı böyük okean gəmiləri üçün fərqli naviqasiya sahələrini kiçik miqyasda (1:25 ölçüdə) simulyasiya edir. Meşələrlə əhatə olunmuş yerdə mövcud olan su anbarında külək xüsusi qurğular vasitəsilə yaradılır.

Külək generatorundan əlavə, burada iki cərəyan generatoru da var. Onlardan biri su anbarının 1,6 hektar olan hissəsində, digəri isə 1,9 hektar ərazidə saat əqrəbinin əks istiqamətində dairəvi cərəyan yaradır.

Anbarda 24 metrə qədər   hündürlükdə  süni dalğalar yaradan qurğu da mövcuddur. Bundan əlavə, burada müxtəlif növ körpülər, qazma qurğularının modelləri, Süveyş və Panama kanallarının yeni şlüzlərinin mini replikaları da inşa edilib.

Anbarın dibi boyunca dərin və dayaz su yolları çəkilmiş və ensiz gəmilərin dar şəraitdə hərəkətini simulyasiya etmək üçün sahil boyu bir kanal da qazılmışdır. Anbardakı su səviyyəsi tənzimlənir və zəruri hallarda suyun tamamilə boşaldılması da mümkündür.

Bütün adıçəkilən qurğular kapitan və losmanların böyük gəmilərdə manevr etmək bacarığını təkmilləşdirmək üçün yaradılıb.

“Revel Ports” mərkəzinin  müxtəlif tipli 11 gəmidən ibarət donanması da var. Bu gəmilər müvafiq tipli gəmilərin dəqiq modelləridir və bəziləri hətta real gəmilərin parametrlərini və görünüşünü əks etdirir.  Buna baxmayaraq gəmilərin də ölçüsü 1:25 miyqasında hazırlanıb.

“Revel Ports” şirkəti ötən əsrin 50-ci illərində yaradılıb. Şirkətin yaradılmasında əsas məqsəd, böyük gəmilərin keçidinin Süveyş kanalının sahillərinə təsirini araşdırmaq idi. Bir qədər sonra gəmilərin modelləri inşa edilməyə başlandı. Sözügedən su anbarı 1967-ci ildə inşa edildi. Və elə həmin ildə də kapitanların və losmanların təlim mərkəzi təsis edildi. Hazırda şirkət mütəmadi olaraq donanmasının bazasını müxtəlif tip gəmilərlə təchiz etməyə davam edir. Təlim mərkəzinin Polşa və Böyük Britaniyada da filialları var.

Təlim mərkəzinin gəmi modelləri Beynəlxalq Dəniz Təşkilatı (İMO) tərəfindən təsdiqlənib.

Müstəqil.Az

mənbə:“Seanews.az”

Share: