İncirlik hərbi bazasının bağlanması barədə Türkiyə tərəfinin açıqlaması Vaşinqtona təsir etmiş ola bilər.
Müstəqil.Az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Vladimir Sotnikov çıxış edib.
“Kürd birliklərin Suriyanın Afrin şəhərinə girməsi, həmçinin, İncirliyin bağlanması istiqamətindəki siqnallar mühüm rol oynadı. Sözügedən baza ABŞ hərbçilərinin bölgədə yerləşdiyi ənənəvi nöqtələrdən biridir”, – Sotnikov qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyi Diplomatiya Akademiyasının professoru Aleksandr Vavilov da hesab edir ki, kürdlər ABŞ-ın iradəsinə rəğmən, Türkiyənin Afrində onların olmasına dözə bilməyəcəyini anladı və hazırda da Menbiçdə eyni tendensiya davam edir.
Pərviz H.